Modern.az

Bakıdakı forumda 5 məsələ müzakirə edilir

Bakıdakı forumda 5 məsələ müzakirə edilir

Aktual

11 İyun 2026, 09:53

Bakıda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə “Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” mövzusunda tədbir keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və biznes ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbirin açılışında AmCham Azərbaycanın prezidenti Dəyanət Sadullayev, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və Philip Morris International (PMI) şirkətinin MDB ölkələri üzrə xarici əlaqələr direktoru Aleksey Kim çıxış edirlər.

Tədbir çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların təşviqi, qeyri-neft sektorunun inkişafı, texnoloji transformasiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.

Forumun sessiyalarında energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, C4IR-in icraçı direktoru Fariz Cəfərov və digər rəsmilər iştirak edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada