Modern.az

Dünyada acların sayı 100 milyon arta bilər - BMT

Dünyada acların sayı 100 milyon arta bilər - BMT

Aktual

Bu gün, 09:09

İranda davam edən müharibə həssas əhali qrupları arasında kütləvi aclığa səbəb ola bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Karl Skau bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı üzərindən daşımaların məhdudlaşdırılması yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu isə dünya üzrə humanitar əməliyyatların maya dəyərini yüksəldib, ərzaq məhsullarının bahalaşmasını sürətləndirib və Fars körfəzi regionundan gübrə tədarükündə ciddi problemlər yaradıb.

Karl Skau qeyd edib ki, 2025-ci ildə dünyada 266 milyon insan aclıqdan əziyyət çəkib. Onun sözlərinə görə, bu il daha 363 milyon insanın kəskin ərzaq çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.

BMT rəsmisi bildirib ki, vəziyyət xüsusilə Afqanıstan, Somali və Şri-Lankada daha ağırdır. Onun fikrincə, regionda gərginliyin davam etməsi qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV