Modern.az

Babək Quliyev UEFA-dan təyinat alıb 

Babək Quliyev UEFA-dan təyinat alıb 

İdman

Bu gün, 16:45

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

O, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, 14-də Şimali Makedoniya - San Marino, 17-də isə San Marino - Macarıstan qarşılaşmalarında iş başında olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!