Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şuşanın qarlı mənzərəsini əks etdirən paylaşım edib.
Modern.az xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Qarabağ səfərindən sonra bu səhər Şuşa qarlı, bəyaz bir səhərə oyandı. Doğan səhər günəşi isə Türkiyə-Azərbaycan qardaşlığının parlaq gələcəyinə dair ruhumuzdakı sevinc və ümidi işıqlandırır”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə noyabrın 8-də Azərbaycana səfər edib. Səfər çərçivəsində Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.
