Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.
Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.
Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.
***
15:18
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.
Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.