Modern.az

Misli Premyer Liqasında VIII tura start veriləcək

Misli Premyer Liqasında VIII tura start veriləcək

İdman

27 Sentyabr 2024, 10:38

Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII tura start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!