Modern.az

Qurban Qurbanovun oğlu milliyə dəvət aldı

Qurban Qurbanovun oğlu milliyə dəvət aldı

İdman

7 Oktyabr 2024, 10:18

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AFFA-dan Modern.az-a verilən məlumata görə, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub.

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!