Modern.az

Sofiyada növbəti medalımız

Sofiyada növbəti medalımız

İdman

20 Oktyabr 2024, 20:54

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

 

Modern.az xəbər verir ki, yığmanın hesabına növbəti mükafatı Murad Allahverdiyev (80 kq) yazdırıb.

 

Bununla da millinin Sofiyada əldə etdiyi medalların sayı dördə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Nicat Hüseynov (51 kq) Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV