Modern.az

Milli Olimpiya Komitəsinin vitse-prezidentləri seçildi

Milli Olimpiya Komitəsinin vitse-prezidentləri seçildi

İdman

18 Fevral 2025, 13:04

Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Modern.az xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...