Modern.az

"Çelsi" yarımmüdafiəçisini SATMAYACAQ

"Çelsi" yarımmüdafiəçisini SATMAYACAQ

İdman

16 Mart 2025, 19:03

İngiltərənin “Çelsi” klubu "Strasburq"da (Fransa) icarə əsasında çıxış edən yarımmüdafiəçi Andrey Santosu satmayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı futbolçuya Premyer Liqada özünü sübut etmək üçün şərait yaradacaq.

 

Yayda icarədən qayıdacaq yarımmüdafiəçiyə əsas heyətə düşmək imkanı veriləcək.

 

Qeyd edək ki, Andrey Santos Liqa 1-də cari mövsüm “Strasburq”un heyətində meydana çıxdığı 23 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri