Modern.az

Azərbaycan bu oyunlara ev sahibliyi edəcək

Azərbaycan bu oyunlara ev sahibliyi edəcək

İdman

8 Oktyabr 2025, 13:56

Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.

Modern.az xəbər verir ki, matçlar oktyabrın 17-19-da təşkil olunacaq.

Açılış mərasimi oktyabrın 17-də “ASCO Arena”da olacaq və saat 11:30-da başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!