Modern.az

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı 

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı 

İdman

11 Noyabr 2025, 14:37

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüş Monteneqro və Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Montenerolu Baş hakim Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da isə serbiyalı Momçilo Markoviç ilə Aleksandar Jivkoviç olacaqlar.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -