Modern.az

Azərbaycanda "Uber"in adı dəyişdirildi

Azərbaycanda "Uber"in adı dəyişdirildi

Aktual

Bu gün, 10:35

Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.

Modern.az FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin "Quql Pley" (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!