Modern.az

Azərbaycanda bu klubunun adı dəyişdirildi

Azərbaycanda bu klubunun adı dəyişdirildi

İdman

Bu gün, 01:55

"Abşeron Lions" basketbol klubunun adı dəyişdirilib.

Bu barədə Modern.az-a klubundan məlumat verilib.

Bildirilib ki, komanda yeni mövsümdə "Landau Lions" adı ilə mübarizə aparacaq.

Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək. Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!