ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunları davam edir.
Modern.az xəbər verir ki, mundialın növbəti oyun günündə F qrupunda iki qarşılaşma baş tutub:
Yaponiya – İsveç - 1:1
Tunis – Niderland - 1:3
D qrupunda Türkiyə millisi ABŞ-a qalib gəlib - 3:2. Ay-ulduzlulardan qolları Arda Güler, Barış Alper Yılmaz və Kaan Ayhan vurub.
Bu qrupda Paraqvay – Avstraliya oyunu 0:0 nəticələnib.
Beləliklə, ABŞ 6 xalla qrupda 1-ci yeri tutub. Avstraliya və Paraqvayın 4, Türkiyə millisinin isə 3 xalı olub. Türkiyə millisi üçün mundial bitib.