Modern.az

Ronaldo karyerasını başa vurur: “Bu, son mövsümüm ola bilər”

Ronaldo karyerasını başa vurur: “Bu, son mövsümüm ola bilər”

İdman

Bu gün, 11:17

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo hazırkı mövsümün onun karyerasında sonuncu ola biləcəyini istisna etməyib.
Modern.az xəbər verir ki, 41 yaşlı futbolçu bunu “Goal”a açıqlamasında deyib.

“Bəlkə də bu, mənim son mövsümümdür. Bunu dəqiq deyə bilmərəm.

Əgər bədənim və zehnim buna imkan versə, hər şey mümkündür. Optimal formada olsam, hər şey baş verə bilər. Həm klubda, həm də milli komandada hələ də qol vurduğumu göstərmişəm”, – Ronaldo bildirib.

Portuqaliyalı futbolçunun karyerasında 979 qol var. O, futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliya millisi sentyabrın 24-də Uelslə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?