Modern.az

Brent nefti 87 dollara düşdü

Brent nefti 87 dollara düşdü

İqtisadiyyat

27 Avqust 2026, 08:47

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib.

Modern.az xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,41% azalaraq 87,48 ABŞ dollarına düşüb.

ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,37 dollar və ya 0,45% ucuzlaşaraq 81,86 dollar təşkil edib.

Qeyd edək ki, neftin ucuzlaşması Hörmüz boğazının yenidən açılması ilə bağlı gözləntilərin güclənməsi, İran və Oman arasında aparılan danışıqlar, həmçinin Qətərin vasitəçilik səyləri fonunda tədarük risklərinin azalacağına dair ümidlərlə əlaqələndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər