Modern.az

Quba və Lerikə 25 santimetr qar yağıb

Quba və Lerikə 25 santimetr qar yağıb

Aktual

28 Yanvar 2017, 09:51

Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür. Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov Modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü 25 santimetrə çatıb:

 

“Qara yağsa da rayonda vəziyyət normal şəkildə davam edir. Yollara qum, duz səpilib. Qaz, işıq, su verilişində heç bir çətinliyimiz yoxdur”.

 

Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov da saytımıza açıqlamasında rayonda güclü qar yağdığını deyib:

 

“Qarın hündürlüyü təxminən 25 santimetrdən çoxdur. Yollarda vəziyyət normaldır. Lənkəran-Lerik yolu, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sisemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!