Modern.az

Fransa Dünya Çempionatına qələbə ilə başladı

Fransa Dünya Çempionatına qələbə ilə başladı

İdman

17 İyun 2026, 01:09

Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.

Modern.az Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.

Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!