Modern.az

“Milan” yeni baş məşqçisini açıqladı

“Milan” yeni baş məşqçisini açıqladı

İdman

16 İyun 2026, 23:23

“Milan”ın yeni baş məşqçisi rəsmiləşib.

Modern.az xəbər verir ki, İtaliya nəhəngi komandanı Ruben Amorimə tapşırıb.

Klub portuqaliyalı mütəxəssisin təyinatını rəsmi sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

Amorim son olaraq “Mançester Yunayted”də çalışıb. O, daha əvvəl Portuqaliyada “Sportinq”in baş məşqçisi kimi uğurlu nəticələri ilə diqqət çəkib.

Qeyd edək ki, Amorim “Milan”da Massimiliano Alleqrini əvəzləyib. Tərəflər arasında müqavilənin 2 illik olduğu, anlaşmada daha 1 illik uzatma bəndinin yer aldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ