Modern.az

ABŞ Hörmüz boğazında nəzarəti İrana verdi

ABŞ Hörmüz boğazında nəzarəti İrana verdi

Dünya

17 İyun 2026, 00:03

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İran Hörmüz boğazını istənilən vaxt bağlamaq imkanına malikdir və bu, Tehrana qlobal iqtisadiyyata təsir göstərmək üçün güclü vasitə verir.

Modern.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, boğazın açıq saxlanılması ilə bağlı razılaşma üzərində iş aparılsa da, İran son münaqişə zamanı əsas dəniz arteriyasına çıxışı məhdudlaşdırmaq imkanını nümayiş etdirib. ABŞ kəşfiyyatı hesab edir ki, Tehran gələcəkdə də bu rıçaqdan istifadə edə bilər.

Kəşfiyyat icmasının qiymətləndirmələri ilə tanış olan mənbələrdən biri CNN-ə bildirib ki, ABŞ faktiki olaraq boğaz üzərində nəzarəti İrana verib və bu təsir vasitəsi Tehrana strateji üstünlük qazandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!