Modern.az

ABŞ lideri: İranın uranını məhv edəcəyik

ABŞ lideri: İranın uranını məhv edəcəyik

Dünya

16 İyun 2026, 23:38

"Əlimizə keçən kimi İranın uranını məhv edəcəyik. Məqsədimiz ona sahib olmaq deyil, onu məhv etməkdir. Artıq çoxlu uranımız var".

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Fransanın Evian-le-Ben şəhərində Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra ABŞ-nin Yaxın Şərq siyasəti ilə bağlı açıqlamalar verib.

O, Hörmüz boğazının 19 iyun tarixinə qədər tamamilə açılacağını təkrarlayıb: "Axın yenidən başlayır və qiymətlər sürətlə düşür. Çox yaxşı şeylər baş verir və daha da əhəmiyyətlisi, İranın nüvə silahı olmayacaq"

 

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ