Modern.az

Azərbaycanda bir nəfər orta hesabla nə qədər xərcləyir?

Azərbaycanda bir nəfər orta hesabla nə qədər xərcləyir?

İqtisadiyyat

Bu gün, 22:33

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25510,7 milyon manatlıq, o cümlədən 14151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2026-cı ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.

(FED)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ