Modern.az

Təşkilat rəhbərləri Diaspora Dəstək Fondu barədə: “Ümidimiz artıb, kömək edəcəyik”

Təşkilat rəhbərləri Diaspora Dəstək Fondu barədə: “Ümidimiz artıb, kömək edəcəyik”

8 Noyabr 2018, 17:05

Bu ilin iyulunda Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib.

         
Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.                           

         
Fondun yaradılmasının Dünya Azərbaycanlılarının birliyinə və səmərəli fəaliyyətinə müsbət töhfələr verəcəyinə soydaşlarımız arasında əminlik yaranıb.

         
Modern.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə ölkədən, o cümlədən Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan imkanlı azərbaycanlılar Fonda vəsait köçürmək üçün müraciət edib.

         
Rusiyanın Kamçatkda şəhərində fəaliyyət göstərən azərbaycanlıların diaspor  təşkilatının rəhbəri, iş adamı Zahid Bəşirov əməkdaşımızla söhbətdə Fondun yaradılmasını yüksək qiymətləndirib və onun formalaşmasına dəstək göstəriləcəyini bildirib.

“Biz çox ümidliyik ki, bu Fonda dünayada yaşayan bütün imkanlı azərbaycanlılar dəstək olacaq. Çünki bu dəstək Azərbaycanın gələcəyi, millətimizin gələcəyi üçün çox vacibdir. Bizim təşkilat indidən buna hazırdır. Diaspor təşkilatları imkanları daxilində  Azərbaycana dəstək olmalıdır. Hesab edirəm ki, hansı ölkədə, hansı işin sahibi olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu işə dəstək göstərəcək”.                                 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov hesab edir ki, Fondun yaradılması diaspor təşkilatlarının işinin effektivliyini artıracaq, diaspor ənənəsinin formalaşmasına şərait yaradacaq.


“Fondun xaricdəki diaspor birlikləri üçün ilk mərhələdə əvəzedilməz rolu ola bilər. Eyni zamanda, yeni diaspor təşkilatlarını bir çox maddi çətinliklərdən qurtara və yeni layihələrin ayaq üstə dura biləcəyinə kömək olar. Sadəcə ehtiyatlı olmaq lazımdır ki, bu Fond diaspor təşkilatları  tərəfindən bir gəlir mənbəyi olaraq istifadə edilməsin və diaspor təşkilatlarını tənbəlliyə öyrətməsin. Məncə, diaspor təşkilatları xaricdə yaşadıqları ölkələrdəki Fondlardan və dəstək strukturlarından daha çox istifadə etməlidilər. Bu halda həmin  ölkələrdə  təşkilatların fəal olduğu qörünəcək və maraq oyadacaq. Xaricdə yaşayan həmvətənlərimiz  bilirlər ki, əsasən avropalılar pulsuz dəvətlərə və pulsuz furşetlərə şübhə ilə yanaşırlar.  Bununla bu tədbirlərin onları satın alma məqsədi güddüyünü düşünürlər. Bu səbəbdən də mənim şəxsi düşüncəm budur ki, Fondun sərvətlərini ancaq yeni yaradılacaq təşkilatlara dəstək üçün və ya çox dəyərli,  ağıllı düşünülmüş layihələr üçün sərf etmək məqsədəuyğun olardı”.

         
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının  əlaqələndiricisi  Toğrul Zeynalov da Fondun uğurlu işlərə vəsilə olacağını söyləyib:  

“Bildiyiniz kimi ümumilikdə diaspor sahəsinə dəstək fondu lobbiçilik fəaliyyətinin güclənməsinə, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sosial layihələrini dəstəkləməsi məqsədi ilə təsis edilib. 
Fondun təsis edilməsinin əsas məqsədlərindən biri də Azərbaycan həqiqətlərinin və milli dəyərlərimizin dünya ictimaiyyətinə çatdırılmasında operativliyi təmin etməkdir. Ona  görə də  Fond vasitəsilə fəaliyyətimizin güclənəcəyinə inanıram”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...