Arxiv
21 mart 2019, 10:43 | DİASPOR
Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Onu Çikaqoda yaşayan azərbaycanlıların hamısı yaxşı tanıyır, nüfuzlu soydaşlarımızdandır. Heç vaxt cəmiyyət yaratmaq fikrində də olmayıb, amma necə deyərlər, yüz cəmiyyətin, min icmanın işini görür. Haqqında söhbət açdığım Emin Səfərov 1974-cü ildə Bakıda dünyaya gəlib. 1991-ci ildə 152 nömrəli məktəbdə orta təhsilini başa vuraraq indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1996-cı ildə oranı ingilis, fransız dilləri müəllimi ixtisası ilə bitirib. Tələbə olarkən 1994-1995-ci illərdə baş ofisi Belçkada yerləşən "Sərhədsiz həkimlər" təşkilatının xətti ilə dəfələrlə Qarabağ bölgəsində olub, tərcüməçi kimi fəaliyyət göstərib. 1995-1997-ci illərdə Azərbaycanda ilk beşulduzlu oteldə - "Hyatt Regensy"də menecer işləyib. 1997-ci ildən 1998-ci ilin ortalarınadək "Hollandiya Kral Hava Yolları"nın Azərbaycandakı ofisinin satış üzrə meneceri olub. 1998-ci ilin sentyabr ayından Amerikadadır. Əvvəlcə beş il Pensilvaniya ştatının Ridinq şəhərində məskunlaşıb. 2003-cü ildən İllinoys ştatının Çikaqo şəhərində yaşayır. Uzun illərdir ki, "Western & Southern Financial Group" sığorta şirkətində çalışır. O, burada satış üzrə agentdən satış üzrə menecer vəzifəsinədək yüksələ bilib…

…Atası Vaqif kişi təqaüdə çıxana qədər diş texniki işləyib, 75 yaşı var. Yeri gəlmişkən, Eminin əmiləri tanınan ziyalılardır. Bir əmisi Firudin Səfərov "Özbəkistanın Xalq Artisti" fəxri adına layiq görülüb, Nəvai adına Özbəkistan Dövlət Dram Teatrının quruluşçu regissorudur. Digər əmisi isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Aydın Səfərovdur… 


Anası Zülfiyyə xanım isə "Bakı Gəmi Limanı"nın iqtisadçısı olub, 70 yaşındadır. Yeganə bacısı Diana xanım "AZAL"ın ABŞ üzrə meneceridir, Nyu Yorkda yaşayır…

Deyir ki, arzuları çoxdur: “Övladlarıma yüksək təhsil vermək, onları xoşbəxt və əsl azərbaycanlı kimi görmək istəyirəm. Amma ən böyük arzularımdan biri də odur ki, azərbaycanlılar bir olsunlar"…

Çikaqoda vətənimizlə bağlı iki təşkilat var. Bu təşkilatların bütün tədbirlərində fərq qoymadan yaxından iştirak edir. Məsələn, ötən il Əhməd Obalının rəhbərlik etdiyi cəmiyyət Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri təşkil etmişdi. Tədbirin təşkilat komitəsinin üzvü kimi Eminin müxtəlif ştatlarda yaşayan soydaşlarımızın həmin tədbirə qatılmasında böyük rolu olub…

2008-ci ildən "Facebook"da "AzeriChicago" qrupuna rəhbərlik edir. Qrupun 1500-ə yaxın fəal üzvü var və Çikaqoda yaşayan 500-dən yuxarı azərbaycanlının böyük əksəriyyəti də həmin qrupdadır. Çikaqoda, eləcə də ABŞ-ın digər bölgələrində və Azərbaycanda yaşayan soydaşlarımız bu qrup vasitəsi ilə lazım olan məlumatları ala bilirlər…

…Ömür-gün yoldaşı Sevinc xanım ixtisasca ingilis dili müəllimidir. Emin bəyin işlədiyi şirkətdə ofis meneceri vəzifəsində çalışır. İki oğlu var, böyük oğlu Dəniz 11, ikinci oğlu Tamerlan isə 6 yaşındadılar…

Hazırda yaşadığı və o vaxt yolu tez-tez düşdüyü Çikaqonun Skoki qəsəbəsində bayraq meydanı var. Burada bir çox ölkələrin, o cümlədən Ermənistanın da bayrağı dalğalanır. Azərbaycan bayrağının həmin meydanda olmadığını görən Emin qəsəbə rəhbərliyinə müraciət edir. Məlum olur ki, Skokidə hər ilin may ayında keçirilən beynəlxalq mədəniyyət festivalında iştirak edən insanların təmsil etdiyi ölkələrin bayraqlarıdır. Emin Səfərov 2014-cü ildə ilk dəfə ölkəmizin də həmin tədbirdə təmsil olunmasına nail olur. Çadırlardan biri azərbaycanlılar üçün ayrılır. Çikaqodakı ictimai fəallar Əli Əzimov, Yavuz Əlili və Teymur Mehmandarovla birlikdə çadırı elə bəzəyirlər ki, Azərbaycan həmin festivalın qalibi olur. Və elə o vaxtdan da üçrəngli bayrağımız 6 ildir ki, Skokidə dalğalanır…

O, həm də soydaşlarımız arasında bir canlı körpü rolunu oynayır. Həmfikirlərini bir araya gətirərək müxtəlif ştatlara səfər edirlər. Həmin səfərlərdə internetlə axtarıb tapdıqları azərbaycanlılarla yaxından tanış olur, dostluq əlaqələri qururlar. Məsələn, bu günlərdə "Azerbaijanis in Minnesota" icmasının rəhbəri Günel Musəvinin təşkil etdiyi Novruz şənliyində onun səyi nəticəsində Çikaqodan təxminən 30 soydaşımız iştirak edib.


Hər yay "AzeriChicago" qrupunda elan verərək Çikaqoda yaşayan azərbaycanlı ailələrini kempinqə səsləyir. Çağırışa qoşulan ailələr bir neçə gün təbiət qoynunda, çadırlarda qalaraq istirahət edirlər. Bunadan əlavə, tenis oynamağı xoşlayır və hər bazar günü gənclər arasında futbol turu düzənləyir.


Nə isə, bu insanın bir amalı var: Nəyin bahasına başa gəlirsə gəlsin, amma azərbaycanlılar arasında mehriban münasibət və birlik olsun…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39