Modern.az

Yaxın Şərqdə müharibə QOXUSU: ABŞ İrana zərbə endirəcək?

Yaxın Şərqdə müharibə QOXUSU: ABŞ İrana zərbə endirəcək?

Analitika

14 May 2019, 13:46

Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur. Modern.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır.

 

Trampın köməkçilərinin iclasında Pentaqon rəhbəri Patrik Şanaxan İrana qarşı tədibrlər planını təqdim edib. Həmin plan İranın amerikalı hərbçilərə hücumu, yaxud nüvə proqramını sürətləndirəcəyi təqdirdə regiona 120 min hərbçi göndərməsini nəzərdə tutur.

 

Bu strategiyanın tərəfdarları isə Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun başçılıq etdiyi qrupdur. Plan İran ərazisinə quru qoşunların yeridilməsini nəzərdə tutmur.

Amma digər tərəfdən, Trampın Əfqanıstandan amerikalıları çıxarmaq barədə planları ilə İran probleminin güc yolu ilə həlli arasında da müəyyən ziddiyyətlər var. Ekspertlər 120 min hərbçinin Yaxın Şərqə göndərilməsini ABŞ-ın rəsmi Tehranı qorxutmaq planının tərkib hissəsi də adlandırırlar.

 

Gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə “Avraam Linkoln” aviadaşıyıcısını və B-52 bombardumançılarını göndərməsi ilə nəticələnib. “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirməsi də Vaşinqtonun gücdən yana çıxış etdiyinə dəlalət edir.

Amma bu addımlar İranı qorxutmur. “Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq”-deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib.  

 

İstənilən halda, ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi bütün regionda partlayış effekti yaradacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı