Modern.az

Dırnaq yeməyin SƏBƏBLƏRİ - Günümüzün PROBLEMİ

Dırnaq yeməyin SƏBƏBLƏRİ - Günümüzün PROBLEMİ

Mədəni̇yyət

31 May 2019, 08:57

Günümüzdə ən çox uşaq və yeniyetmələrdə müşahidə olunan problemlərdən biri də dırnaq yeyilməsidir. Bunu əsəb, stress, qorxu, vitamin çatışmazlığı ilə əlaqələndirənlər olur. Bəzi insanlar dırnaq yeyilməsini xəstəlik, digərləri psixoloji bir vəziyyət olduğunu bildirir.

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar həkim nevroloq Nuran Əmənullayev və psixoloq Aytən Ələkbərovayla danışıb.

Nevroloq dırnaq yeyilməsinin xəstəlik olmadığını deyib:

 

“Dünyada onunla bağlı geniş tədqiqatlar yoxdur, çünki bu xəstəlik deyil. Bu hərəkət xoş qarşılanmayan iradi və qeyri-iradi davranış elelementidir. Alimlərin fikrincə, problemin yaranmasının iki böyük səbəbi var: biri psixi gərginliklərdir, digəri isə uşaq vaxtı  həmin şəxslərdə davranış narahatlığının meydana çıxmasıdır.

Həmin uşaqlar əsasən barmaqlarını ağızlarına salırlar. Əlləri ilə oynayırlar. Barmaqların ən sərt nöqtələri dırnaqlardır. Yavaş-yavaş başlayırlar dırnaqlarını  dişlərinə sürtməyə. Bu kimi prosseslər onlarda gələcəkdə daimi hal alır və pis vərdişə çevrilir. Sanki bu hərəkətə öyrəşirlər və etməyəndə narahat olmurlar. Bəzi insanlar var ki, onlar guya hamarlıq, səliqə-səhman olmağını xoşlayırlar. Yəni dırnaqda balaca bir çıxıntı gördükdə dərhal narahat olurlar və onu  dişləri ilə aradan qaldırırlar. Bu kimi bir çox səbəblər var”.

Həkim dırnaq yeyilməsinin infeksion xəstəliklərin yaranmasına da səbəb ola biləcəyini əlavə edib:

 

“Dırnaqların altında kir, infeksiya, mikrobakteriyalar yatağı və qurd yumurtaları ola bilər. Bunlar da infeksion xəstəliklərin artmasına səbəb ola bilər”.

Psixoloq Aytən Ələkbərova isə deyir ki, bu vərdiş kiçik yaşlarda ailə münaqişələrinə şahid olanda yaranır:

 

“Bu, birbaşa psixonevroloji tipdir. Bu problem həmin uşaqlarda əsasən kişik yaşlarında baş verir. Daha sonra bu artıq vərdiş halını alır. Bəzən bizim zərərli vərdiş dediyimiz şeylər var ki, o təkcə istifadə etdiyimiz hər hansısa bir tütündən ibarət deyil. Sadəcə bunun özü də asılılıq yaradan bir şeydir. Məsələn, narkomaniyadan danışdığımız halda narkomaniyanın bir asılılıq olduğunu öncə biz aşkara çıxarırıq. İçki düşkünü olmaq da buna misaldır. Dırnaq yemənin özü də uşaqlarda bir asılılıqdır.

Uşaqlar özlərini bu vərdişdən asılı bir vəziyyətdə hiss edirlər. Bu problemlər uşaqların kiçik yaşlarında ailədaxili münaqişələrə şahid olarkən onlarda əsəb və stressin yaranmasından doğur. Uşaq artıq qorxu hissini kənara çəkərək dırnağını yeməklə valideynlərinin münaqişəsini izləyir. Bu kimi prosseslər onlarda dırnaq yemək, ayaqlarını, dizlərini tərpətməyə, kirpiklərin dartılması, gözlərin qırpılmasına gətirib çıxarır. Bunların hamsı mütamadi olaraq  bir-birinə bağlı və sıx şəkildə getdiyi halda uşaqlarda psixonevroloji tiplərin əmələ gəlməsinə səbəb olur”.

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi