Arxiv
11 Avqust 2019, 10:21 | ÖLKƏ
4 prokuror və 1 hakim Ramil Səfərov üçün 100 dollar verməkdən imtina edib - Zabitimizin vəkilindən ŞOK AÇIQLAMA

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.


Modern.az saytı vəkil Adil İsmayılovun yazısının ardını təqdim edir.


(Yazının əvvəli burada)

- Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər. Beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdi yatmayıb və çox yorğundur. Bununla belə, qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi.

Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi.

Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam.

Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki, Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək ( Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi).

Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək. Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla Akademiyaya qayıtdım. Burda təlimə gələn yoldaşlar  - Bakıdan təlimə gəlmiş 4 prokuror və bir hakim, eləcə də vəkil Vaqif Səmədov məni gözləyirdi.

Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-nü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım.

Yoldaşlardan heç biri pul verməyə razı olmadılar, arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidi. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridi. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana, mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, “vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi, Allaha şükür onu da baçardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar”.

Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq, bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar. Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, “narahat olma, mənim 300 dollarım var, onun yarısını götür”. Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim (sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakiya qayıtdıq.

Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu, mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim. Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi...

davamı olacaq


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31 Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 16:20 Məhərrəm Quliyev Aparat müşavirəsi keçirdi 23 Sentyabr 2019, 16:00 “Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur” 23 Sentyabr 2019, 15:42 Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək” 23 Sentyabr 2019, 15:38 Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da” 23 Sentyabr 2019, 15:31 Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb 23 Sentyabr 2019, 15:17 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32