Arxiv
2 Oktyabr 2019, 13:05 | MEDİA
“Bunu etməsək, informasiya savaşında ermənilərə həmişə uduzacağıq” - Ermənişünas alim

Azərbaycanla Ermənistan arasında olan münaqişə illərdi davam edir. Müasir dövrdə yalnız cəhbədə deyil, informasiya sahəsində də müharibə gedir. Bu sahədə Azərbaycan kifayət qədər iş görsə də, yetərli deyil. Ermənilər öz yalanlarını bütün dünyaya sırıdığı halda, biz öz doğrularımızı dünyaya çatdıra bilmirik. Bəs görəsən bunun üçün hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, ermənilər mətbuat sahəsində həmişə bizdən öndə olublar.

“Onların ilk qəzeti "Azdarar" 1794-cü ildə Hindistanda Mədrəs şəhərində çıxıb. Bizim ilk qəzetimiz isə 80 il sonra çıxmağa başlayıb. Kitab nəşrində də irəlidə olublar. Xarici ölkələrdə onların diaspor fəaliyyətləri ilə bizim diaspor işimizi yalnız son illərdə müqayisə edə bilərik, onların bu sayaq fəaliyyətləri ilə bizi onilliklər ayırır. Onlar keçmiş SSRİ zamanında da, Osmanlı dövlətinin tərkibində yaşadıqları zamanlarda da mətbuata sənət kimi, peşə olaraq baxmayıblar, onu bir ideoloji hərəkat kimi görmüş və və ən strateji yerlərə adamlarını yerləşdiriblər. SSRİ dağılandan sonra Ermənistanla ideoloji mübarizədə uduzduğumuzu etiraf etməliyik. Onlar daha çevikdir. Bu ənənə indi də davam etdirilir. Rusiyada hansı kanalı açırsan, hansı proqrama baxırsan içindən bir erməni çıxır. Rusiyada siyasi tok-şoulara indi çox baxılır, ermənilər buraları artıq zəbt ediblər, bizim orada olma cəhdlərimiz isə bir nəticə vermir”.

 

Alimin sözlərinə görə, 1991-ci ildən sonra Azərbaycanda yaranan demokratik media əslində Ermənistanda olan mətbuatdan geri qalmırdı:

“Bizdə qəzetlərin tirajına baxsaq, Ermənistan mətbuatı üzərində əzici üstünlüyümüz var idi. Amma internetin verdiyi imkanlardan onlar daha yaxşı yararlandılar və erməni saytları say baxımından da, xarici dillərdə yayım baxımından da geniş fəaliyyət imkanları əldə etdilər. Bu, yenə də erməni diasporunun uzun illər ərzində topladığı təcrübədən qaynaqlanırdı. Üstəlik ermənilərin Azərbaycan və Türkiyəyə qarşı apardıqları media fəaliyyətində bir sistem mövcud idi. Müəyyən nəticə almaq üçün bu, media fəaliyyətində çox vacibdir”.

 

Qafar Çaxmaqlı qeyd edib ki, hər bir millətin dünya ictimaiyyətinə çatdırmaq istədiyi müəyyən bir fikir olur və onun hansı üsullarla çatdırılmasından çox şey asılıdır.

“Biz Ermənistanla və erməni toplumu ilə davamızda haqlı tərəf olduğumuzdan çatdırmaq istədiklərimizi bütün çılpaqlığı ilə təqdim edirik, düzü də budur. Amma onların necə qəbul edilməsini hesablamırıq” - deyən alimin sözlərinə görə, erməni jurnalistlər isə nəyi harada, necə təqdim etmək barədə aylarla müzakirə edirlər:

 

“Erməni televiziyalarına baxanlar bilir ki, gedən verilişlərdə xaricə təqdim edəcəkləri "məhsulun" keyfiyyətli, yayarlı olmasını günlərcə müzakirə edirlər. Hazırlanan sənədli lentlərin, bədii filmlərin effektivliyini, təsir imkanlarını düşünürlər. Bu işi naşı əlinə vermirlər. Baxın, son onilliklərdə qondarma "erməni soyqırımı" ilə bağlı nə qədər bədii film çəkiblər. Ən son filmi "Kəsik" filmini isə bir türklə - Fatih Akın deyilən bir dəyyusa-məşhur rejissora çəkdirdilər”.

 

“Necə edə bilərik informasiya müharibəsində uduzmayaq?!”

 

Q.Çaxmaqlı bildirib ki, Azərbaycanda çox güclü mətbuat orqanları, çox yaxşı jurnalistlər var.

“Onların önünü açmaq, dünya səviyyəli peşə sahibinə çevrilməsi üçün şərait yaratmaq lazımdır. Bunu təmin etmək üçün yenə o fikrə qayıdıram ki, bir sistem lazımdır. Misal olaraq Türkiyəni götürə bilərik. Mən hətta bu qardaş ölkədə belə ermənilərə uduzduğumuzu görürəm. Türk TV-lərinin müzakirə proqramlarında ermənilər var, nüfuzlu qəzetlərdə erməni millətindən olan köşə yazarları var və erməni davasını aparmaqdadırlar.

Niyə bizimkilər bu qədər təsiresici gücə malik deyillər?!

Bunun çox səbəbi var. Elə onların özü də mətbuatımızın gündəmində olmalıdır, çıxış yolu axtarılmalıdır ki, biz mətbuat siyasətimizi necə qura bilərik ki, ən azı ermənilərə uduzmayaq. Hələ mən o biri rəqiblərimizi demirəm”.

 

Ekspert bildirib ki, Azərbaycan bir çox xarici ölkələrdə media əlaqələrini qurmalıdır.

“Orta Asiya Türk ölkləri başda gəlməlidir. Biz bu ölklərdəki potensialı dəyərləndirməliyik. Bu normal bir şeydirmi ki, məsələn, Qırğıstan, Türkmənistan və başqaları Qarabağın işğalına biganədirlər. Türkmənistan prezidenti İrəvana gəlib burada türkmən abidələrini ziyarət etmək kimi erməni provakasiyasının əsirinə çevrilir. Nazarbayev Matenadaran Əlyazıları instituna götürülür və orada Qıpçaq əlyazılarını ona göstərirlər və 3 milyon pul qopardırlar ki, onu tədqiq etsinlər. Bu əlyazılarının tədqiqatına gərək belə yoxdur. Erməni əlifbası ilə yazılmış və bu əlifbanı oxuyan istənilən şəxs onun məzmununu dərhal çözə bilər”.

 

Müsahibimiz hesab edir ki, Azərbaycan TV-lərinin, dövlət agentliklərininin xarici ölkələrdə bürolarının olması çox vacibdir.

“Bunlar bəzi ölkələrdə yalnız müxbir postu deyil, həm də Azərbaycanın təmsilçisi rolunu oynamalıdırlar. Buraya seçilənlər isə hazırlıqlı adamlar olmalıdır. Çalışdıqları ölkənin dilini mükəmməl bilməlidirlər, o ölkəni tanımalıdırlar. Dediyim odur ki, bu adamların işi təkcə xəbər yazmaq olmamalıdır. Azərbaycanın davasını gündəmə daşıyan şəxslər olmalıdırlar. Əlbəttə, deyəcəksiniz ki, bunun üçün qaynaqlar olmalıdır. Məncə sistemli çalışmalar bu imkanı ortaya çıxaracaq. ABŞ-ın üç əyalətində müxbir saxlayan Ermənistan hardan tapırsa, biz də oradan tapmalıyıq. Dediklərimi və demədiklərimi etməsək, informasiya savaşında ermənilərə həmişə uduzacağıq”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ etdi 30 mart 2020, 15:07 Rusiyada daha 302 nəfərdə koronavirus tapıldı 30 mart 2020, 14:59 Tanınmış həkim koronavirusun başa çatacağı vaxtı AÇIQLADI 30 mart 2020, 14:50 Azərbaycan nefti yenidən ucuzlaşdı 30 mart 2020, 14:43 Daha bir erməni əsgəri koronavirusa tutuldu 30 mart 2020, 14:41 İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq - Cəsarət Valehov 30 mart 2020, 14:38 Neft qiymətləri 18 ilin minimumuna düşdü – 1 barel 22 dollar 30 mart 2020, 14:36 Yer kürəsinə Atlas kometi yaxınlaşır 30 mart 2020, 14:32 Türkiyədən beynəlxalq təşkilatlara çağırış - Qarabağda keçiriləcək seçkiləri boykot edin 30 mart 2020, 14:26 Əli Hüseynli yeni medaldan danışdı 30 mart 2020, 14:20 Ramiz Mehdiyev Milli Elmlər Akademiyasını BAĞLADI 30 mart 2020, 14:14 Daha bir sınaq imtahanı pulsuz oldu 30 mart 2020, 14:10 Azərbaycanda qar yağıb - FAKTİKİ HAVA 30 mart 2020, 14:05 Azərbaycanlı sahibkar 44 min maska alıb sakinlərə pulsuz payladı - VİDEO 30 mart 2020, 13:59 Özünü karlığa, korluğa vuran DÜNYA 30 mart 2020, 13:53 Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya... 30 mart 2020, 13:47 Dəyişən dünyada SANKSİYALAR… 30 mart 2020, 13:44 Yeni medal təsis edilir 30 mart 2020, 13:44 Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu 30 mart 2020, 13:41 “Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ 30 mart 2020, 13:35 Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü 30 mart 2020, 13:30 Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, ancaq imkan vermədilər 30 mart 2020, 13:29 Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən mobil qruplar təşkil edilib - FOTO 30 mart 2020, 13:23 Prokurorların hüquqları artırılır 30 mart 2020, 13:17 65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək 30 mart 2020, 13:14 Kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın - Vüqar Bayramov 30 mart 2020, 13:09 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi 30 mart 2020, 13:05 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 30 mart 2020, 13:02 Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov 30 mart 2020, 12:58 Tarixi adlarımızın dəyişdirilməsinə səs verənlər Milli Məclisdə oturub - Musa Qasımlıdan ETİRAZ 30 mart 2020, 12:52 Sabah Bakıda 19 dərəcə isti olacaq 30 mart 2020, 12:49 “Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili 30 mart 2020, 12:44 Parlamentin Toponomiya Komissiyasının yeni tərkibi formalaşdı 30 mart 2020, 12:38 Deputatların elektron səsverməsi dekabrın 30-dək qüvvəyə minir 30 mart 2020, 12:35 Koronavirusu yox edən dərman TAPILDI: 7 ölkədə uğurla sınaqdan keçdi 30 mart 2020, 12:33