Arxiv
18 Oktyabr 2019, 00:02 | ÖLKƏ
Müstəqilliyimizin bərpasının 28 illik tarixi...

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür.

 

Modern.az-ın məlumatına görə, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

Belə ki, 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.


Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.


1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.


Həmin vaxt Ali Sovetin 360 deputatından 258-i iclasda iştirak edib və onların hamısı Müstəqillik haqqında Konstitusiya Aktının lehinə səs veriblər. 

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.


Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?”

Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.


Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş günü münasibəti ilə verilən istirahət ləğv edilib. O zamandan həmin tarixlər iş günü sayılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24