Arxiv
22 Oktyabr 2019, 21:18 | PARLAMENT
“Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış

Deputat həmkarım Siyavuş Novruzovun  fikirləri ilə razıyam və hər birimiz mövqeyimizi ortaya qoymalıyıq. Çünki destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valdav” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə göşünündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil.

Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər.

Modern.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov deyib.

Bu yöndə fikirlərini parlamentin bu gün keçirilən növbəti iclasında da səsləndirdiyini bildirən E. İbrahimov bir daha hesab edir ki,  19 oktyabr aksiyası  mitinq yox, təxribat törətmək niyyəti ilə edilib. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyi olub.

“Mən fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər. Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm.

Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaqdır. Qoy onların ağaları da bunu yaxşı başa düşsünlər və anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək…”,- deyə E. İbrahimov sözlərinə əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb” - Statistika Komitəsi 14 Noyabr 2019, 10:28 Doktoranturaya qəbul qaydaları dəyişdi 14 Noyabr 2019, 10:22 Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR 14 Noyabr 2019, 10:17 “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - Nuşirəvan Məhərəmli 14 Noyabr 2019, 10:03 Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil” 14 Noyabr 2019, 09:55 Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI 14 Noyabr 2019, 09:46 Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ 14 Noyabr 2019, 09:40 Ermənistan atəşkəsi 21 dəfə pozdu 14 Noyabr 2019, 09:29 Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur... 14 Noyabr 2019, 09:28 Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...” 14 Noyabr 2019, 09:23 Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur 14 Noyabr 2019, 09:03 Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq 14 Noyabr 2019, 08:54 Almaniyada miqrant alveri edən azərbaycanlılar tutuldu - ADLAR 14 Noyabr 2019, 08:46 Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin ŞOK STATİSTİKASI 14 Noyabr 2019, 08:36 Kollecdə silahlı insident: 2 ölü, 3 yaralı 14 Noyabr 2019, 08:30 Türk serialları ölkəyə 500 milyon dollar gəlir gətirib 14 Noyabr 2019, 08:25 Dünyanın dini liderləri Bakıya TOPLAŞDI 14 Noyabr 2019, 08:13 Türkiyədə hərbi hissədə partlayış oldu 14 Noyabr 2019, 00:43 Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO 14 Noyabr 2019, 00:21 Türkiyə millisi Ermənistana şans vermədi 14 Noyabr 2019, 00:02 Azərbaycan nefti cüzi ucuzlaşıb 13 Noyabr 2019, 23:44 Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu 13 Noyabr 2019, 23:25 Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02