Modern.az

Bu ölkə prezidentindən mundial jesti - İş günü gec başlayacaq

Bu ölkə prezidentindən mundial jesti - İş günü gec başlayacaq

İdman

17 İyun 2026, 23:50

Özbəkistan millisinin 2026-cı il dünya çempionatında debüt oyunu ilə bağlı ölkədə maraqlı qərar verilib.

Modern.az xəbər verir ki, prezident Şavkat Mirziyoyev dövlət işçilərinin sabah işə adi vaxtdan gec başlamasına icazə verib.

Buna səbəb Özbəkistan millisinin K qrupunun ilk turunda Kolumbiya ilə keçirəcəyi matçdır. Görüş Özbəkistan vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Bu səbəbdən dövlət işçilərinin iş günü saat 10:00-dan start götürəcək.

Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə Dünya Kubokunda iştirak edir.

Komandanın K qrupundakı rəqibləri Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ