Modern.az

Rusiyada təyyarə qəzası: ölənlər var

Rusiyada təyyarə qəzası: ölənlər var

Dünya

17 İyun 2026, 22:49

Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Modern.az “Baza” teleqram kanalına istinadən xəbər verir ki, qəza Sergiyevo-Posad şəhər dairəsi ərazisində baş verib.

Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb.

Əvvəlcə uçuş-enmə zolağı üzərindən keçib, daha sonra qəfil meşəlik əraziyə doğru irəliləyib.

Hadisə nəticəsində pilot və sərnişin həyatını itirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi