Modern.az

İngiltərə DÇ-yə qələbə ilə başlayıb

İngiltərə DÇ-yə qələbə ilə başlayıb

İdman

18 İyun 2026, 02:41

Futbol üzrə dünya çempionatının L qrupunda İngiltərə və Xorvatiya milliləri arasında keçirilən oyun başa çatıb.

Modern.az xəbər verir ki, Dallas stadionunda baş tutan qarşılaşma İngiltərə yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.

İngilislərin heyətində Harri Keyn dubl edib. Komandanın digər qollarını Cud Bellinqem və Markus Reşford vurublar.

Xorvatiya millisinin qollarına isə Suçiç və Peter Musa imza atıblar.

Beləliklə, İngiltərə dünya çempionatına qələbə ilə başlayaraq aktivinə ilk üç xalı yazdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir