Modern.az

Niderlanddan Ukraynaya 500 milyon avroluq YARDIM

Niderlanddan Ukraynaya 500 milyon avroluq YARDIM

Dünya

Bu gün, 02:38

Niderland Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.

Modern.az “De Telegraaf” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.

Vəsaitin 250 milyon avrosu Niderland müdafiə sənayesi müəssisələrindən pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.

Qalan 250 milyon avro isə PURL təşəbbüsü çərçivəsində Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün ayrılacaq.

Bu vəsait hesabına hava hücumundan müdafiə sistemləri üçün raketlər, F-16 qırıcıları üçün sursat və pilotsuz sistemlərin alınması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ