Arxiv
7 Noyabr 2019, 08:52 | ÖLKƏ
Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - PROBLEM

Bir müddət əvvəl Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi nəzərdə tutulsa da, sonradan qeyri-müəyyən səbəblərdən məsələ gündəmdən çıxarıldı. Müzakirələr zamanı bu sahədə meydana çıxan problemlərin həllinə ümdilər artsa da, yenidən əvvəlki nöqtədə qərarlaşdıq. Yenə israfçılıq, yenə yerpulu dərdi, yenə el qınağı... Hamıya yaxşı bəllidir ki, bu gün ölüsü düşən orta statistik azərbaycanlı yaxınını itirməyin acısını tam yaşaya bilməmiş, qəbiristanlıq yeri, yas məclisini hansı şəkildə təşkillə bağlı məsələlərə köklənir. Hamımızın səbəbimiz eynidir: “Eldən ayıbdır!”

 

“Eldən ayıbdır” deyə-deyə heç bir ödəniş etməməli olduğumuz halda, bir qəbir yeri üçün 4-5 min manat, hətta bəzən daha çox pul veririk. Amma kimə? Əgər rəsmi şəkildə belə ödəniş, vergi nəzərdə tutulmayıbsa, qəbir yerlərinin pulları kimin cibinə gedir?

 

“Bələdiyyələrin nəzarətində olan qəbiristanlıqlarda yerpulu söhbəti yoxdur”

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a bildirib ki, yeni qəbristanlıqlar bələdiyyələrin nəzarətindədir:

“Köhnə qəbiristanlqılar əvvəllər müəyyən qurumlara tabe olub. Hansı ki, indi onların bəzi avadanlıqları  geri verilmir. Yeni qəbiristanlıqlar salındıqca, “Bələdiyyələrin statusu haqqında" qanununa əsasən, artıq onlara nəzarəti bələdiyyələr edir. Bir sözlə yas mərasimləri, qəbiristanlıqlara nəzarət bələdiyyələrdədir”.

 

Deputat qəbir yerlərinin satılması məsələsinə də münasibət bildirib:


“Qəbir xərcləri o qədər də çox olmamalıdır. Amma müəyyən xərcləri vətəndaş özü ödəməyə borcludur. Qəbir yerləri üçün nəinki bələdiyyələr, heç kim haqq almamalıdır”.

 

“Heç kim özbaşına iş görmür”

 

T.Rzayevə ölünün dəfni üçün 3-4 min manat, hətta daha çox vəsait ödəyənlərin olduğunu xatırlatdıqda, o, bu halların əvvəllər mövcud olduğunu deyib:

 

“Bu işlər ayrı-ayrı işbazlar tərəfindən həyata keçirilirdi. Ancaq bələdiyyələrə verilən qəbiristanlıqlarda qəbir yerləri üçün ödəniş yoxdur. Müəyyən xərclər ki var, məsələn qəbiristanlığın abadlaşdırılması, daş məsələsi və s. bu da cüzi məbləğdir”.

 

Deputatın diqqətinə qəbir yeri üçün vəsait ödəyən ölü yiyəsinin başdaşını bələdiyyədən tələb etməyi ağlından keçirmədiyini çatdıranda isə həmsöhbətimiz məsələyə belə münasibət bildirib:

 

“Biz də bunun şahidi olmuşuq. Ayrı-ayrı qurumların adından istifadə edən işbazlar vətəndaşlardan pul tələb edirdi. Hətta şəhərin mərkəzində 10-15 min manata başa gələn qəbir yerləri var idi, yəni çox pul istəyirdilər. Vaxtilə o yerlər kimlərsə tərəfindən zəbt olunmuşdu. Sonradan məlum olur ki, o yerlər qeyri-qanuni olaraq hasara alınıb. Harada ki, qəbiristanlıqlar bələdiyyələrin nəzarətindədir, bu hallar aradan qaldırılıb.

Əvvəllər kimisi bələdiyyələrin adından, kimisi icra orqanlarının adından, kimisi hansısa şirkətin ərazisi olması adından istifadə edirdi. Sözsüz ki, heç kim özbaşına hərəkət etmir. Müəyyən adamlar həmin işbazlar vasitəsilə qəbir yerlərini satmaqla məşğul olurdular.

Məzar daşlarını hazırlamaq, ad yazmaq, hasar çəkmək üçün ayrıca sexlər açmışdılar. Sözsüz ki, bu adi adam tərəfindən icra oluna bilməzdi. Kimsə, yaxud kimlərsə, hansısa qurumlar buna şərait yaradırdı. İşbazlar da bundan istifadə edirdilər”.

 

İcra strukturları və işbazların əlbirliyi

 

Parlamentari hansısa qurum deyəndə ağla gələn Bakı Şəhər İcra Hakimiyyətidir. Elə o da bunu nəzərdə tutduğunu dilə gətirib:

 

“Əlbəttə, Bakı Şəhər İcra Hakimiyyəti və müəyyən strukturlarda bu hallar var idi. Sovet dövründən qalma adamlar orda qaldıqca, işlər elə də gedirdi. Sonradan dəyişikliklər getdikcə, bu problem də aradan qalxdı. Təkcə Bakı Şəhər İcra Hakimiyyəti deyildi, ayrı-ayrı qurumlar səlahiyyəti olmasa da, gəlib o işləri həyata keçirirdilər. Söhbət indidən getmir”.

 


İstəyirsən qızıldan başdaşı qoy...

 

Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqilə bağlı məsələyə gəldikdə, deputat bunun vacibliyini diqqətə çatdırıb, amma əksər məsələlərin vətəndaşlardan asılı olduğunu vurğulayıb:

 

“Çox yaxşı olardı ki, bu məsələ öz həllini tapsın. Hətta parlamentdə də deputat Siyavuş Novruzov bu məsələni qaldırmışdı. Dəfələrlə bu barədə çıxışlar etdi. Bilirsiniz, cəmiyyətin özünün buna istəyi olmalıdır. Bu elə bir məsələdir ki, məcburiyyət tətbiq etmək olmur. Yas mərasimlərində israfçılığın, uzunmüddətli mərasimlərinin aradan qaldırılması tövsiyə olundu. Məsləhət oldu ki, yas mərasimlərində 3-7 bir verilsin. Bir çox rayonlarda buna riayət edilməyə başladı. Amma son zamanlar yenə də israfçılıq, ölünün 40 mərasiminə kimi məclis verilməsi ənənəsi tətbiq olunmağa başlayıb. Mən rayondan dünən qayıtmışam. Bir neçə yas mərasimində iştirak etdim. Təəssüflər olsun ki, yenə də köhnə variant tətbiq olunur. İnsanlar deyir ki, “yas mənimdir, özüm necə istəyirəm elə edirəm. Atam-ana mənimdir, 3 mərasimi də verəcəm, 7 mərasimi də”. Doğrudur, Bakıda 3-7 mərasimləri bir verilir. Çünki həm mərasim üçün yer yoxdur, həm də insanların vaxtı yoxdur.

Elə qəbiristanlıqlarla bağlı məsələ qalxanda yerlərdən xəbərlər gəldi ki, “mən atama bahalı başdaşı qoymaq istəyirəm, niyə bunu qanunla məhdudlaşdırısız, mən yas saxlayıram”, “siz dini etiqad azadlığını pozursunuz” və s. Baxın belə fikirlərə görə hər şey qalır. Dövlət həssas dövlətdir, bizə kənardan müdaxilə etmək istəyənlər çoxdur. Elə daxildə xırda bir şey axtaranlar var. Ona görə də camaat özü düşünməlidir ki, israfçılıq, bu qədər ağlamaq heç kimə xeyir vermir. Allah dünyadan köçənlərimizin hamısına rəhmət eləsin, o dünyasını versin. Lazımdır ki, sağlığından insanlara qayğı göstərək, dəyər verək. Öləndən sonra nə qədər ağlasan da ona hansısa təsiri yoxdur. İstəyirsən qızıldan başdaşı qoy, torpaq altında ona nə faydası. Düşüncələrdə dəyişiklik etməliyik ki, qabağa gedə bilək”.

 

“Yasa gələn kişilər söhbət edir, qadınlar da ağlamaqdan həlak olurlar”

 

T.Rzayevin sözlərinə görə, insanların dünyagörüşlərində, düşüncələrində düzəliş edilməlidir, bunları qanunla düzəltmək olmur:

“Mən özüm də bir vətəndaş kimi əziyyət çəkirəm. İnanın ki, neçə gündür rayonda idim, 7 yas mərasimində oldum. 15 gün idi rayona getmirdim. Gedəndə də ancaq görüşlər və yaslarda oldum. Getməyəndə də inciyirlər. 7 gün yas verirlər. Hər gün yüzlərlə adam gəlir-gedir. Deyəndə ki, belə etməyin, deyirlər “eləməsək bizi qınayarlar”. Yasa gələn kişilər söhbət edir, ölkə gündəmini müzakirə edirlər, qadınlar da bir ağıçı gətirib ağlaşırlar. İnanın yasa gələn qadınlara ürəyim ağrıyır mənim. Kiminin təzyiqi qalxır, kiminin ürəyi gedir, kimi ağlayıb özünü haldan salır. Olmaz, insanlara belə əziyyət vermək olmaz. İnsanlar haldan hala düşür. 40 çıxana qədər nə qədər qəbir üstünə getmək olar, nə qədər yaş torpağın üstündə oturub ağlamaq olar... 40 gün adamlar əsir-yesir olur. Hər cümə günü qəbir üstünə gedib ağlaşmaq, sonra evə gələn adamlara ehsan vermək. Neçə dəfələrlə deyilir, amma riayət edən yoxdur. Ziyalılar, rəsmilər danışır, mətbuat yazır, amma adamların düşüncəsi dəyişmir ki, dəyişmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək 13 Noyabr 2019, 14:16 Prezident nə istəyir? 13 Noyabr 2019, 14:10 AFFA bu klubları cərimələdi - SİYAHI 13 Noyabr 2019, 14:07 Nazir Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərini ELAN ETDİ 13 Noyabr 2019, 13:53 Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsindən DANIŞDI 13 Noyabr 2019, 13:50 Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR 13 Noyabr 2019, 13:47 Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO 13 Noyabr 2019, 13:45 Cəlil Məmmədquluzadənin nəslinin davamçıları İLK DƏFƏ Azərbaycana gələcək 13 Noyabr 2019, 13:38 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İnsanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər” 13 Noyabr 2019, 13:35 Elmi impact məqalələrə görə Azərbaycan dünyada 92-ci yerdədir 13 Noyabr 2019, 13:27 Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi 13 Noyabr 2019, 13:19 Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15 Qarabağın azərbaycanlı icmasından Lavrovun qalmaqallı fikirlərinə REAKSİYA 13 Noyabr 2019, 13:07 Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20