Modern.az

Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - FOTO

Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - FOTO

18 Noyabr 2019, 19:35

Beynəlxalq Muğam Mərkəzinin yeni “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” layihəsinin ilk konserti Xalq artisti Rasim Abdullayevin yaradıcılığına həsr olunub.

 

Beynəlxalq Muğam Mərkəzindən Modern.az-a verilən məlumata görə, mərkəzdə “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” adlı konsert proqramı çərçivəsində violonçel məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Rasim Abdullayevin yaradıcılıq gecəsi keçirilib.

 

Konsert Xalq artisti Rasim Abdullayev, sənətkarın qızı Ülviyyə Abdullayeva nəvəsi Anastasiya Mişulanın, eləcə də ifaçılar Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayev rəngarəng maraqlı ifaları ilə yadda qaldı. Rasim Abdullayevin tələbələri və gənc ifaçıların təqdimatında A.Piazzola, N.Paqanini, Q.Qarayev, İ.Albeniz, Y.Haydn əsərlərinə özünəməxsus yanaşma tamaşaçılar tərəindən alqışlarla qarşılanıb. Hər bir nömrə forma və janr baxımından dinləyicilərə bir növ kiçik töhfələr bəxş etmiş olurdu.

 

XX əsrin ən dahi violonçele ifaçılarından biri sayılan həmyerlimiz Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur. Ömrünü violonçeldə ifa sənətinə həsr etmiş Rasim Abdullayev musiqi ifaçılığı sahəsində yüksək ifa ustalığına nail olmuş və əvəzsiz sənətkar kimi ad qazanmışdır. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin izlər qoyaraq və hər konsertdən sonra həm geniş tamaşaçı auditoriyasında, həm də artıq bir çox mükəmməl ifalarla tanış olan dinləyicilərdə ifaçının mənalı ifa tərzi, geniş texniki imkanları həmişə böyük təəssürat yaratmağa nail olub. Xalq artistinin yarsdıcılığına həsr olunan bu proqram da növbəti belə bir unudulmaz musiqi hadisəsinə çevrilə bildi.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi musiqinin təbliği baxımından bir çox layihələr həyata keçirir. Bu layihələr sırasında bir neçə janrlara həsr olunmuş muğam, aşıq sənəti, etnik, caz ilə bərabər "Klassik musiqi axşamları" , klassik sənətimizin görkəmli nümayəndələrinin yubiley və yaradıcılıqlarına həsr olunmuş layihələri misal çəkmək olar. Klasssik musiqi layihələri çərçivəsində bəstəkarlıq və klassik ifaçılıq məktəbimizin tarixi səhifələri vərəqlənərək gələcək nəslə təbliğ edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi