Modern.az

Putin Zelenski ilə görüş üçün Parisə gəldi

Putin Zelenski ilə görüş üçün Parisə gəldi

9 Dekabr 2019, 18:12

Rusiya prezidenti Vladimir Putin Fransa paytaxtı Parisə gəlib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aeroportdan o, Yelisey Sarayına doğru yönəlib.

 

Almaniya kansleri Angela Merkellə Vladimir Putinin, eyni zamanda Fransada prezidenti Emmanuel Makronla Ukrayna prezidenti Vladimir Zelenskinin təkbətək görüşü planlaşdırılıb.

Parisdə “Normand dördlüyü” çərçivəsində Rusiya, Ukrayna, Almaniya, Fransa liderləri Donbas münaqişəsini həll etmək üçün birgə görüş keçirəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...