Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda qohumlar arasında baş verən silahlı davada 2-si ağır olmaqla, 4 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"Hadisə Şəhid Kansu Küçükateş məhəlləsindəki 1802-ci küçədə yerləşən bir iş yerində baş verib", - məlumatda bildirilib və əlavə olunub ki, qohum olduqları məlum olan S.T. ilə İ.T. arasında mübahisə yaranıb.
Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib:
"Tərəflərin övladları və qohumlarının da qarışdığı davada tüfənglə vurulan İ.T. və oğlu M.T. ağır yaralandığı halda; S.T. ilə oğlu İ.T. döyülüb. Daxil olan məlumat əsasında hadisə yerinə tibb və polis qrupları göndərilib. Yaralılar tibb işçilərinin ilk müdaxiləsindən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Müalicə altına alınan yaralılardan İ.T. ilə oğlu M.T.-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.