Arxiv
8 Fevral 2020, 14:18 | QARABAĞ
Qarabağdan deputatlığa namizədlərə MƏKTUB

Axşamınız  xeyir!

Bilirəm,  “axşamınız xeyir”,  sözüylə məktub yazılmır.

Amma neyniyim, burda günün 24 saatı qaranlıqdır; 30 ildir, Günəş yoxdur!

Hərdən elə bilirəm, bütün dünya qaranlıqdı, elə Sizin də mənsiz  Günəşiniz  yoxdu. Yanılmıram ki...

Amma yox, arada yanıldığımı da bilirəm.

Mən, QARABAĞAM! Yəqin, xatırladınız:  ata-babalarınızın qəbirləri  viran olan, ulularınızın ruhları əzilən, qız-gəlinlərinizin namusu çöllərə tökülən, dədələrinizin, nənələrinizin xiffətimdən ürəyi partlayan, izinizin silindiyi XARABA, YAZIQ  bir diyar...

 

Yox, deyəsən,  yadınıza düşmədim ,- ermənilərin girov götürdüyü Dilqəm, Şahbaz mənə görə hər an işgəncə yaşayırlar,- həmin QARABAĞAM!

Bilirəm, başınız daha vacib işlərə qarışıb, deputat olmaq istəyirsiniz. Özünüzü seçicilərə tanıtmaq üçün o ziyarət etdiyiniz  Şəhid anaları, Şəhid övladları, Şəhid xanımları var e...

...Onlar mənə görə gözüyaşlı qalıblar. Utanıram, onlara görə, günahkaram onların yanında...

 

Çox uzatmayım. Onsuz da elə  vaxtdır ki, kimsə kimsənin kitabını oxumur. Mənim bu məktubum guya kimə lazımdır ki?!

Nə edim, yazıram da... Oxuyan da sağ olsun, oxumayan da! 

İndi Sizin üçün deputat mandatı Qarabağdan min dəfə rənglidi, çəkicidi, dadlıdı, maraqlıdı, vacibdi. Bunu hamı bilir! Elə  Siz də, mən də...

 

Mətləbə keçim.

 

Təbliğatınız dövründə Sizi çox güclü gördüm. Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma rəqib oldu. Normal qarşıladım.

Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma düşmən oldu. Onu da normal qarşıladım.

 

Mən QARABAĞAM! 

Kaş ki, mənim üçün də bu qədər mücadilə edərdiniz! Daha bir 30 il də məni Sizsiz qoymayın. Yoxsa , Sizin olmayacağam. Heç istəsəm də ola bilməyəcəyəm. Tələsin!

Ata-babalarınızın qəbirləri viran olan yerlərdə düşmən qəbirləri dikəlir, ulularınızın ruhları əzilən yerdə düşmən ruhları gəzir, qız-gəlinlərinizin namusu çöllərə tökülən yerlərdə düşmən qız-gəlinləri toy-bayram edir, dədələrinizin, nənələrinizin xiffətindən ürəyi partlayan yerlərdə düşmən dədə-nənələri aborigenlik edir, izinizin silindiyi yerdə düşmən izi göyərir, XARABA, YAZIQ  bir diyar düşmən üçün laləzara çevrilir.

 

Fərqindəsinizmi?

 

Daha bir 30 il də məni Sizsiz qoymayın! Yoxsa  Siz də, Sizdən gələcək nəsillər də mənə həsrət qalacaq.

 

Mən QARABAĞAM... Xatırladınız?!

Yoxsa, xatırladım: Danışmağa mövzu, deməyə söz olmayanda bəhs etdiyiniz Qarabağ...

 

Ən nəhayət!

 

Qarabağsız deputat mandatı, yoxsa Qarabağlı sıravi AZƏRBAYCANLI!

 

MÜCADİLƏNİZ MÜBARƏK!

 

İmza:   QARABAĞ!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus və NUHUN TUFANI 8 Aprel 2020, 13:20 “Vaksin tapılana qədər koronavirus yox olacaq” 8 Aprel 2020, 13:15 Sabah 14 dərəcə isti olacaq   8 Aprel 2020, 13:10 Bu sahibkarlara 250 manat yardım ediləcək 8 Aprel 2020, 13:04 Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO 8 Aprel 2020, 12:58 "Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib 8 Aprel 2020, 12:52 “Mədəniyyət /Culture” jurnalının 2020-ci ildə ilk sayı işıq üzü gördü   8 Aprel 2020, 12:46 Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə! 8 Aprel 2020, 12:40 Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?.. 8 Aprel 2020, 12:34 Xüsusi karantin dövründə əlillik müddəti başa çatanlar üçün müddət UZADILDI 8 Aprel 2020, 12:28 Rusiya koronavirusa görə Krımı Ukraynaya qaytaracaq PROQNOZ 8 Aprel 2020, 12:22 Dövlət Agentliyi 700 nəfər işçi axtarır 8 Aprel 2020, 12:17 Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI 8 Aprel 2020, 12:12 Koronavirusdan zərər çəkmiş sahibkarlara dəstək mexanizmləri AÇIQLANDI 8 Aprel 2020, 12:06 Rusiyada COVİD-19-a yoluxanların sayı kəskin artdı 8 Aprel 2020, 12:00 ASAN könüllüləri Hava Limanında –FOTO+VİDEO 8 Aprel 2020, 11:54 Onlayn etibarnamənin tətbiqinə başlanıldı 8 Aprel 2020, 11:48 Onlayn yolla narkotik satan şəxs SAXLANILDI 8 Aprel 2020, 11:42 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTIR 8 Aprel 2020, 11:36 Nazirlik şuraya üzvlər seçilməsini TƏXİRƏ SALDI 8 Aprel 2020, 11:30 Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr AÇIQLANDI 8 Aprel 2020, 11:24 Azərbaycan nefti yenidən bahalaşdı 8 Aprel 2020, 11:18 190 manatı almaq istəyən işsizlərin qeydiyyatı BAŞLADI 8 Aprel 2020, 11:12 Koronavirusla bağlı son statistika - Dünənin anti-rekordları 8 Aprel 2020, 11:06 Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO 8 Aprel 2020, 11:00 "Evdə qal!" çağırışına məktəblilər də qoşuldu - VİDEO 8 Aprel 2020, 10:55 Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard bağışladı 8 Aprel 2020, 10:50 “Koronavirus qan köçürülməsi ilə ötürülmür” - Rəsmi 8 Aprel 2020, 10:44 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI 8 Aprel 2020, 10:38 İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - Nazirlikdən reaksiya 8 Aprel 2020, 10:32 Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu 8 Aprel 2020, 10:26 Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi 8 Aprel 2020, 10:20 Polis paytaxt sakinlərinə müraciət etdi - FOTO 8 Aprel 2020, 10:14 Malik Həsənov: “Beşinci kolon” indi də koronavirusdan öz məqsədləri üçün istifadə etməyə çalışır   8 Aprel 2020, 10:00 Pensiyaların ödənilməsinə başlanıldı - Rayonlar üzrə SİYAHI 8 Aprel 2020, 09:52