Modern.az

AMEA karantin rejimində necə İŞLƏYİR?

AMEA karantin rejimində necə İŞLƏYİR?

Aktual

5 Aprel 2020, 20:16

"Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə AMEA tərəfindən yüksək səviyyədə əməl edilir".

 

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) daxil olan məlumatda bildirilir.

 

Qeyd olunub ki, Milli Elmlər Akademiyası da koronovirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri tam dəstəkləyir və bu məsələ ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir: 

 

"Belə ki, Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub. Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda həmçinin AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahısına Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də daxil edilib. 

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahısına telekommunikasiya və rabitə xidmətləri də daxil edilib. Bu da onunla əlaqədardır ki, xüsusi karantin rejimində informasiya-kommuniasiya texnologiyaları xüsusi rol oynyır. Belə ki, bu şəraitdə dövlət idarəetməsinin, təhlükəsizlik tədbirlərinin, təhsil fəliyyətinin, digər zəruri xidmətlərin həyata keçirilməsi və istehlakçı tələbatlarının ödənilməsinin ən effektli üsulu informasiya-kommuniasiya texnologiyaları vasitəsi ilə virtual münasibətlərin yaradılmasıdır".

 

Bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq , e-mail, veb-portallara xidmət, cloud computing  v. s.) ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsi də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir:

 

"AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən AzScienceNet həmçinin ölkəmizin elm və təhsil müəsissələrinin  GEANT (Avropanın Elm və Təhsil şəbəkəsi) təşkilatına inteqrasiyasını Mill GRİD Mərkəzinin dünyanın qabaqcil elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir. Hazırda AMEA-nın əməkdaşları ev şəraitində AzScienceNet-in təqdim etdiyi bu xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.

O cümlədən, Respublika Seysmoloji Xidmət Mərkəzi də öz fəaliyyətində AzScienceNet tərəfindən təqdim edilən yaddaş və hesablama resurslarından, digər İnternet xidmətlərindən istifadə edir. 

Hazırda AMEA rəhbərliyi də onlayn rejimdə idarəetməni həyata keçirir, bu qurumun elmi müəssisə və təşkilatları ilə müşavirələr təşkil edir, müzakirələr aparır.   

AMEA-nın digər elmi müəssisə və təşkilatlarının veb-saytları da xüsusi karantin rejimində ev şəraitində məsul əməkdaşlar tərəfindən idarə olunmaqla AzScienceNet-in göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir, müvafiq şəxsləri zəruri informasiya ilə təmin edir.   

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, AzScienceNet-in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi ücun institutun əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. İşçi qrup növbətcilik prinsipi əsasında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin faliyyətinə  texniki dəstək göstərəcək. Burada fəaliyyət göstərən əməkdaşlar xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçib.

 

AMEA prezidentinin digər bir Sərəncamında xüsusi karantin müddətində bu qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədi ilə müvafiq tədrisin İnternet üzərindən həyata keçirmələri tapşırılıb. Həmin sərəncama uyğun olaraq AMEA-nın ayrı-ayrı elmi müəssisələrində martın 29-dan etibarən müxtəlif İnternet xidmətlərindən istifadə etməklə magistrantlar üçün onlayn rejimdə dərslər təşkil olunur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?