Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Modern.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutur.
Azərbaycan çempionu “Sabah” bu raundda səpələnməmişlər səbətində yer alıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırsa, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun Bakıda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.
****
09:56
"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
Modern.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Azərbaycan çempionu II təsnifat mərhələsinin püşkatmasına səpələnməmiş komandalar səbətində qatılacaq.
"Sabah"ın mümkün rəqibləri aşağıdakılardır:
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə 28-29 iyul tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində Uels təmsilçisi TNS ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 7-8-i və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda ilk oyunu Bakıda keçirəcək.