Modern.az

Bakıdakı "Berlin dönəri" üçün çox darıxacağam - Almaniyalı səfir

Bakıdakı "Berlin dönəri" üçün çox darıxacağam - Almaniyalı səfir

Aktual

Bu gün, 10:10

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizdəki diplomatik missiyasının başa çatması ilə əlaqədar vida paylaşımı edib.


Modern.az xəbər verir ki, diplomatik fəaliyyəti dövründə Bakıya qəlbən bağlandığını gizlətməyən səfir, paytaxtda ən çox darıxacağı dadlardan birinin "Berlin dönəri" olacağını vurğulayıb:
“Azərbaycanda keçirdiyim dörd ilin sonunda acı-şirin bir vida. Bir tərəfdən, Berlində dünyanın ən yaxşı dönərini yenidən dadmaq üçün səbirsizlənirəm. Digər tərəfdən isə Bakıda mənim üçün xüsusi bir yerə çevrilmiş Berlin Döner üçün də çox darıxacağam.
Növbəti dəfə Bakıya yolum düşəndə ilk dayanacaqlarımdan biri mütləq yenə Berlin Döner olacaq. Gözəl xatirələr, dadlı dönərlər və qonaqpərvərlik üçün təşəkkür edirəm — hələlik, sağ olun!”.


Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ