Modern.az

İdman jurnalistlərimiz Messidən az iş görmürlər!

İdman jurnalistlərimiz Messidən az iş görmürlər!

Media

17 İyun 2026, 09:40
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan idman jurnalistlərinin fəaliyyəti ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında futbol üzrə dünya çempionatını yayımlayan İctimai Televiziyanın operativ fəaliyyətini və oyunları şərh edən jurnalistlərin peşəkarlığını yüksək qiymətləndirib.

"İdman jurnalistlərimizin peşəkarlığı və məlumatlılığı barədə bir neçə dəfə fikir bildirmişəm. Futbol üzrə Dünya Çempionatını yayımlayan İctimai Televiziyanın operativliyini də xüsusi qeyd etmək, oyundakı hər qolun azca keçməmiş İTV-nin sosial media səhifələrində yerləşdirilməsini də vurğulamaq lazımdır. Amma oyunları şərh edən bizim idman jurnalistlərimizin səviyyəsi xüsusi qeyd olunmalıdır.

Tural Dadaşov barədə bir dəfə yazmışdım. Dilimizin zəngin qatlarından yeri gələndə məharətlə istifadə etmək, emosiya, həyəcan yaratmağı bacarmaq, komanda və oyunçular barədə ətraflı məlumatlar vermək!

Bizim aparıcılar valeh edirlər. Heç ilk oyunda 3 qol vuran Messidən də az iş görmürlər.

Təbriklərimi çatdırıram!", - deyə Rəşad Məcid paylaşımında qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...