Modern.az

Tramp İranla memorandumun əsas müddəasını AÇIQALDI

Tramp İranla memorandumun əsas müddəasını AÇIQALDI

Dünya

Bu gün, 09:36

ABŞ prezidenti Donald Tramp İranla memorandumun rəsmi imzalanmasından sonra sənədin mətnini dərc etməyi üstün tutduğunu, lakin bunu məcburi tələb hesab etmədiyini bildirib.

Modern.az xəbər verir ki, İran və ABŞ İsveçrədə 19 iyunda imzalanması planlaşdırılan memorandum üzərində işləri başa çatdırdıqlarını təsdiqləyiblər. Tramp gələcək müqavilədə maksimum şəffaflığın tərəfdarı olduğunu bildirib.

"İstərdim ki, əvvəlcə müqaviləni rəsmiləşdirək, amma ümumilikdə onun dərc olunmasına qarşı deyiləm", - deyə Amerika lideri jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, sənədi imzaladıqdan sonra onun məzmununu ictimaiyyətə açıqlamaq niyyətindədir.

“Sadəcə onu dərc etməyəcəyəm. Ola bilsin ki, mətbuat konfransı keçirib sənədi sizə sözbəsöz oxuyum ki, jurnalistlər onu dəqiq işıqlandırsınlar. Bu, çox vacib sənəddir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, müqavilənin əsas müddəası İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır.

Prezident həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı da fikirlərini bildirib. O deyib ki, nüvə materialı İran ərazisindən çıxarıldıqdan sonra ABŞ onu məhv etmək niyyətindədir.

“Biz tələsmirik, amma onu əldə edəcəyik və əldə etdikdən sonra məhv edəcəyik. Onu özümüz üçün saxlamaq niyyətində deyilik, məhv etmək istəyirik. Bizdə onsuz da kifayət qədər var”, – deyə Tramp bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ