Modern.az

Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi 

Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi 

Aktual

Bu gün, 09:44

Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb.

Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ