Modern.az

Trampa ağır ittiham: İranlılar ondan istədiklərini tam aldı

Trampa ağır ittiham: İranlılar ondan istədiklərini tam aldı

Dünya

Bu gün, 10:00

ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Ağ Ev rəhbərinin İranla bağlamağa hazırlaşdığı sülh sazişini kəskin tənqid edib.

Modern.az xəbər verir ki, Bolton bu razılaşmanın Vaşinqton üçün olduqca təhlükəli olduğunu bildirib.

"Hesab edirəm ki, bu, ABŞ üçün çox bərbad bir sövdələşmədir. Tramp bu addımın geostrateji nəticələri barədə qətiyyən düşünmür", - deyə o vurğulayıb.

Boltonun sözlərinə görə, Trampı qlobal təhlükəsizlik deyil, tamamilə fərqli maraqlar idarə edir:

"O, yalnız Hörmüz boğazının açıq qalmasını, körfəzdəki neftin beynəlxalq bazarlara çıxmasını və yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin aşağı düşməsini istəyir. Onun bütün dərdi-səri budur.

Biz bu sazişin bəndlərində nəyin yer aldığını hələ də bilmirik. Əgər bu, həqiqətən mükəmməl bir razılaşma olsaydı, indiyə qədər ictimaiyyətə açıqlanardı. Məncə, elə bu faktın özü hər şeyi deməyə əsas verir".

Sabiq müşavir rəsmi Tehranın ABŞ liderinin bu mövqeyindən ustalıqla istifadə etdiyini iddia edib:

"İranlılar Trampın üzərində skripka kimi oynadılar. Məhz buna görə də tam istədikləri sazişi əldə edə bildilər. Onlar Trampın aylarla, bəlkə də həftələrlə bu sazişi imzalamaq üçün necə can atdıqlarını olduğunu görürdülər və ondan sadəcə manipulyasiya vasitəsi kimi istifadə etdilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ