Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti azalıb.
Modern.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55% azalaraq 82,61 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.