Arxiv
6 Aprel 2020, 19:40 | AKTUAL
Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilib. Əhalinin sağlamlığının qorunması istiqamətində mübarizə xarakterli və profilaktik tədbirlərin həyata keçirilməsi dövlətlər üçün strateji prioritet kimi çıxış edir.


Azərbaycan Respublikasında da pandemiyanın qarşısının alınmasına əsaslanan yanaşmalar Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılıb, ölkə başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər davam etdirilir, preventiv və effektiv tibbi xidmətlərin təşkili işi gücləndirilməkdədir.
COVID-19 infeksiyasının yayılması qlobal pandemiyanın fəsadlarının uşaq hüquqları prizmasından da araşdırılmasını zəruri edir. Bu fəaliyyət adekvat tədbirlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişatı uşaqların qloballaşmış infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda daha həssas olduqlarını göstərir.


Bu baxımdan, ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmini məsələsini monitorinq edir.
Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki mövcud vəziyyət nəzarətdə saxlanılmaqla, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri və əlilliyi olanların da vəziyyəti nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılmış, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb. 


Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilmiş, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılmış, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib.


Araşdırmanın yekunu olaraq verilmiş tövsiyələrdə Uşaq Hüquqları Konvensiyasına, COVID-19-la bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın Təlimatına, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitənin (SPT) töviyəsinə və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) qəbul etdiyi prinsiplər əsasında uşaq evlərində, təhsil, səhiyyə və sosial xidmət müəssisələrində yaşayan uşaqlar və onlarla işləyən şəxslərin pandemiya ilə bağlı bacarıqlara əsaslanan məlumatlandırılmaları, uyğun rəftar və saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, təminat və digər məsələlərlə bağlı müraciətlərin, internet və telefon vasitəsilə alternativ ünsiyyət imkanlarının təmin edilməsi, tibbi və digər sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məsələləri yer alıb.


Qeyd olunmalıdır ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar uşaqların, habelə onların valideynləri və ya qanuni nümayəndələrinin Ombudsmana əlçatanlığı təmin edilmişdir. Onlar 24 saat ərzində fəaliyyət göstərən qaynar xətlər (012-916 və 050-370-98-96) vasitəsilə Müvəkkilə müraciət imkanına malikdirlər. Eyni zamanda, uşaqların maraqlarını təmsil edən şəxslər  elektron qaydada və sosial şəbəkələr (facebook, twitter) vasitəsilə Müvəkkilə müraciət edə bilirlər. 


Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır. 


COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər dövlət və cəmiyyətdən, bütövlükdə ayrı-ayrı insanlardan həmrəylik, birgə əməkdaşlıq və məsuliyyət tələb edir. İnsan hüquqları kontekstində əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının təmini insanların sağlamlığının qorunması yönündə tədbirlərin effektivliyi baxımından böyük önəmə malikdir.


Biz birlikdə güclüyük!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv çıxanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Sumqayıt Xəstəxanası da koronaviruslu xəstələr üçün AYRILDI 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına irad BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00