Modern.az

Komitə sədri: “Ölkəmizin uğurları erməni lobbisini ciddi narahat edir”

Komitə sədri: “Ölkəmizin uğurları erməni lobbisini ciddi narahat edir”

13 İyul 2020, 16:22

“İyulun 10-da  BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası  işə başlayıb. 31-ci xüsusi sessiya çərçivəsində  pandemiya dövründə beynəlxalq ictimaiyyət qarşısında duran bir sıra mühüm suallara  aydınlıq gətirilib. Hesab edirəm ki, ümumi problemə qarşı birgə mübarizənin təşkili baxımından tarixi rol oynayacaq”.

 

Modern.az xəbər verir ki, bu fikiləri  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  BMT Baş Assambleyasının iyulun 10-da çağırılan 31-ci xüsusi sessiyasının işə başlamasına münasibət bildirərkən deyib.

 

Deputat xatırladıb ki, BMT-nin Baş katibi Antonio Quterreş iyunun 30-da bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini bildirib və iyulun 10-dan  xüsusi sessiyası çağırılıb:

“Belə bir təşəbbüsü irəli sürən ölkə başçımızın aydın məqsədi vardı. COVİD-19-a qarşı mübarizədə vahid yanaşma, ölkələrin özlərinə qapanmamasına nail olmaqdır. Çünki bu ağır dönəmdə ölkələrarası əlaqələr kəsilib, gediş-gəliş mümkünsüz olub. Bu baxımdan da videokonfranslar formatında ölkələr üçün vacib məsələlərdən biri bir araya gəlmək, qlobal problemlərin həllinə yardımçı olmaqdır”.

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir:

“Məhz iyulun 12-də Ermənistanın təxribat törətməsi məqsədli xarakter daşıyır. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Ona görə də ölkədəki vəziyyəti yayındırmaq üçün təxribata əl atdılar. Ancaq Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Bir daha Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir